“Antalyaspor” Ərsun Yanalla anlaşıb

“Antalyaspor” Ərsun Yanalla anlaşıb
# 11 noyabr 2020 11:37 (UTC +04:00)

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Ərsun Yanalla anlaşıb.

Klubun mətbuat xidməti 59 yaşlı mütəxəssislə bu gün münasibətlərin rəsmiləşdiriləcəyini açıqlayıb. “Fənərbaxça”nın sabiq çalışdırıcısı yeni komandası ilə 2,5 illik saziş bağlayacaq. Yanal müqavilədən dərhal sonra komandasını ilk məşqinə çıxaracaq.

Qeyd edək ki, yaxın günlərdə Super Liqanın digər təmsilçiləri “Trabzonspor” və “Gənclərbirliyi” də baş məşqçisini dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR