Arsen Venger Rusiya klubunu çalışdıra bilər

Arsen Venger Rusiya klubunu çalışdıra bilər
# 02 oktyabr 2020 23:42 (UTC +04:00)

“Arsenal”ın əfsanəvi çalışdırıcısı Arsen Venger baş məşqçi karyerasını bərpa edə bilər.

Apasport.az saytının məlumatına görə, Rusiyanın bir klubu fransalı mütəxəssisin xidmətində maraqlıdır.

Bunu Vengerin meneceri Sandor Varqa da təsdiqləyib. O, 71 yaşlı məşqçinin ətrafında baş verənlərdən məmnun qalmadığını söyləyib: “Venger gündəlik yaradıcılığa öyrəşib. Futbol üçün darıxır. Bu səbəbdən Rusiya klubuna rəhbərlik edə biləcəyini düşünürəm”.

Hazırda baş məşqçi postu boş olan Rusiya Premyer Liqasının yeganə klubu Moskva “Dinamo”sudur.

Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə “Arsenal”a rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR