Aryen Robben karyerasını bərpa edib

Aryen Robben karyerasını bərpa edib
# 27 iyun 2020 22:28 (UTC +04:00)

"Bavariya"nın sabiq futbolçusu Aryen Robben karyerasını bərpa edib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bu barədə özü danışıb.

Niderland millisinin keçmiş oyunçusu birillik fasilədən sonra futbola döndüyünü və ilk klubu olan "Qroningen"də çıxış edəcəyini açıqlayıb: "Futbolçu kimi "Qroningen"ə qayıdıram. Futbola dönmək üzərində işləyirəm, məqsədim budur. Bunun nə ilə nəticələnəcəyini bilmirəm, amma "Qroningen"də oynamaq xəyalımdır".

Qeyd edək ki, "Qroningen"in yetirməsi olan Aryen Robben 2000-2002-ci illərdə bu klubun əsas komandasında çıxış edib. O, 10 il formasını geyindiyi "Bavariya"nın heyətində olarkən ötən ilin yayında futboldan gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR