Avrokubokların formatı dəyişdirilə bilər

Avrokubokların formatı dəyişdirilə bilər
# 19 oktyabr 2020 15:36 (UTC +04:00)

Avrokubokların formatı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, UEFA yeniliyin 2024-cü ildən tətbiqini nəzərdən keçirir.

Qurum rəhbərliyi avrokubok qarşılaşmalarının əvvəlki kimi ev və səfər matçlarından deyil, bir qarşılaşmadan ibarət olmasının tərəfdarıdır. Koronavirus pandemiyasına görə təsnifat və pley-off mərhələlərini bir matçda keçirilməsi UEFA tərəfindən bəyənilib.
Bunu qurumun baş katibi Corco Marketti də təsdiqləyib: “Potensiala malik və dəyərli olanı heç vaxt istisna etməməliyik. Bilirik ki, təqvimi, təşkilati məhdudiyyətləri, azarkeşlərin iştirakı, iqtisadi təsir kimi bir çox amilləri nəzərə almalıyıq. Amma biz mütləq bu formatı və mümkün variantları növbəti müzakirələrdə araşdıracağıq. Uduzan komandanın mübarizəni dayandırdığı mərhələlərin bir oyunluq dueldən ibarət olması gözlənilməzliklərə və emosiyalara yol açır. Biz klublardan, yayımçılardan və digər tərəfdaşlardan, həmçinin azarkeşlərdən əla rəylər almışıq. Hadisələr bizi bu formatı zəruri etdi. Amma nəticəsi qənaətbəxş alındı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR