Avropa Liqası iştirakçısının iki futbolçusunda koronavirus aşkarlanıb

Avropa Liqası iştirakçısının iki futbolçusunda koronavirus aşkarlanıb
# 03 oktyabr 2020 13:32 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq Niderlandın “Feyenoord” klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Rotterdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, dünən komanda koronavirus testindən keçib və futbolçulardan ikisindən götürülən testin nəticəsi pozitiv çıxıb. Adları açıqlanmayan həmin oyunçular təcrid olunublar və “Villem”lə sabahkı çempionat matçında iştirak etməyəcəklər. Komanda bu gün qarşılaşma öncəsi yenidən testdən keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasının K qrupunda yer alan “Feyenoord” ilk oyununu oktyabrın 22-də Xorvatiyada Zaqreb “Dinamo”suna qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR