Avropa Liqasında I təsnifat mərhələsi başlayıb

Avropa Liqasında I təsnifat mərhələsi başlayıb
# 25 avqust 2020 23:20 (UTC +04:00)

Avropa Liqasında I təsnifat mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə görüşü Litvada təşkil olunub. “Riterlay” öz meydanında İrlandiya təmsilçisi “Derri”ni sınağa çəkib. Məhsuldar keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Əlavə vaxtın ilk dəqiqəsində vurulan qol meydan sahiblərini II təsnifat mərhələsinə daşıyıb.

Qeyd edək ki, mərhələnin digər görüşləri avqustun 26-27-də keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi

25 avqust

20:00. “Riterlay” (Litva) - “Derri” (İrlandiya) – 3:2, əlavə vaxtda

Paulauskas, 39, 48, Kazlauskas, 91 – Tomson, 18, Toal, 62

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR