Avropa Liqasında projektor sınıb, oyun dayanıb

 Avropa Liqasında projektor sınıb, oyun dayanıb
# 17 sentyabr 2020 23:44 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsinin “Riqa” – “Tre Fiori” oyunu yarımçıq qalıb.

Apasport.az saytının məlumatına görə, Latviyanın paytaxtı Riqada keçirilən görüş 1-ci hissənin gedişində dayandırılıb.

Hesab 0:0 olarkən arenanın işıqlandırma sistemində problem yaranıb. Nəticədə işıqların bir hissəsi sönüb. Ardınca projektor qırılıb və onun şüşələri ehtiyat oyunçular skamyasına düşüb.

Qarşılaşmanı başa çatdırmaq mümkün olmayıb. Hazırda UEFA və klublar arasında danışıqlar gedir. Matçın sentyabrın 18-də davam etdirilməsi gündəmdə olsa da, San-Marino təmsilçisi artıq həmin gün ölkəsinə qayıtmalı olduğundan problem yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR