Avropa Liqasında turun rəmzi komandası açıqlanıb

Avropa Liqasında turun rəmzi komandası açıqlanıb
# 23 oktyabr 2020 14:40 (UTC +04:00)

Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin I turunun “11-liy”ini tərtib edib. 

Azərbaycan çempionu “Qarabağ”ın yer aldığı İ qrupunun iki futbolçusu siyahıya düşüb. Bunlar İspaniya “Vilyarreal”ının üzvləri Xuan Foyt və Takefusa Kubodur. 

Qapıçı: Dominik Livakoviç (Dinamo Z);
Müdafiəçilər: Ceyms Tavernier (Reyncers), David Luiz (Arsenal), Xuan Foyt (Vilyarreal), Simen Yuklerod (Antverpen);
Yarımmüdafiəçilər: Karim Bellarabi (Bayer), Kristof Baumqartner (Hoffenhaym), Nadiem Amiri (Bayer), Takefusa Kubo (Vilyarreal);
Hücumçular: Darvin Nunes (Benfika), Yusuf Yazıcı (Lill).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR