Avropa Liqasının finalı və Superkubokun yeri açıqlanıb

Avropa Liqasının finalı və Superkubokun yeri açıqlanıb
# 02 mart 2020 17:46 (UTC +04:00)

UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə bir sıra oyun və turnirlərin keçiriləcəyi yer müəyyənləşib.

UEFA-nın Növbəti Konqressi 2021-ci ildə Minskdə (Belarus) baş tutacaq.

Avropa Liqasının 2022-ci ildəki finalı Budapeştdəki “Puşkaş Arena”ya (Macarıstan) həvalə edilib.

Qadınlar arasında Çempionlar Liqasının 2022-ci ildəki finalı Turindəki “Yuventus” stadionu (İtaliya), 2023-cü ildə isə Eydhovendəki PSV (Niderland) arenasında təşkil olunacaq.

UEFA Superkuboku 2022-ci ildə Helsinkidəki Olimpiya Stadionunda (Finlandiya), 2023-cü ildə “Kazan Arena”da (Rusiya) sahibini tapacaq. Albaniya paytaxtı Tirana hər iki il üçün namizədliyini geri götürüb.

İclasda həmçinin 2020/21 mövsümündə Çempionlar Liqası, Avropa Liqası, Gənclər Liqası, Superkubok, qadınlar arasında Çempionlar Liqası, futzal üzrə Çempionlar Liqası, məşqçilərin konvensiyası və tibbi əsasnamə də təsdiqlənib.

Qeyd edək ki, İcraiyyə Komitəsinin növbəti yığıncağı mayın 27-də Qdanskda (Polşa) baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR