Avropa Liqasının yarımfinalında 57 ildə ilk dəfə 6 qol vurulub

Avropa Liqasının yarımfinalında 57 ildə ilk dəfə 6 qol vurulub
# 30 aprel 2021 09:59 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu avrokubokların yarımfinal oyununda 6 qol vurmağı bacarıb.

Apasport.az saytının məlumatlına görə, bu, son 57 ildə ilk belə hadisədir.

Mançesterlilər Avropa Liqasında yarımfinalın ilk matçında “Roma”nı 6:2 hesabı ilə məğlubiyyətə uğradıb. Avrokuboklarda bu mərhələnin bir matçında 6 qol vurulmasına sonuncu dəfə 1964-cü ilin mayında təsadüf olunub. Həmin vaxt “Real” Çempionlar kubokunda “Sürix”i darmadağın edib – 6:0.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR