Azərbaycan Premyer Liqasında turun simvolik komandası açıqlanıb

Azərbaycan Premyer Liqasında turun simvolik komandası açıqlanıb
# 10 fevral 2020 15:49 (UTC +04:00)

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasında XVI turunun rəmzi komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, simvolik komandada ən çox oyunçu ilə təmsil olunan klub “Sabah”dır.

Bakı klubunun 4 futbolçusu “11-liy”ə düşüb.

Turun ən yaxşı futbolçusu isə “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov seçilib.

Qapıçı: Saşa Stamenkoviç – 283 (“Sabah”)-2
Müdafiəçilər: Ailton Silva - 264 (“Qarabağ”)-5, Filip İvanoviç – 274 (“Sabah”), İviça Juniç - 251 (“Qəbələ”)-2, Maksim Medvedev - 234 (“Qarabağ”)-3
Yarımmüdafiəçilər: Elvin Cəfərquliyev – 272 (“Sumqayıt”), Xəyal Nəcəfov - 325 (“Sumqayıt”), Hendrik Ekşteyn - 285 (“Səbail”)-3, Ozan Can Kökcü – 261 (“Sabah”)-3
Hücumçular: Ruslan Hacıyev - 276 (“Səbail”), Marko Deviç – 253 (“Sabah”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR