Azərbaycan Premyer Liqasının 80 oyununu 80 min azarkeş izləyib

Azərbaycan Premyer Liqasının 80 oyununu 80 min azarkeş izləyib
# 26 mart 2020 22:17 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının 20 turunun 80 oyununu 80 min 630 tamaşaçı izləyib.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarda orta göstərici 1008-ə bərabər olub.

Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dır. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.

Qeyd edək ki, ən çox tamaşaçı IV turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7000. III turun “Qəbələ” – “Keşlə” (0:4), X turun “Sabah” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.

1

Qarabağ

16600

10

1660

2

Sabah

11950

9

1328

3

Neftçi

14000

11

1273

4

Sumqayıt

11500

10

1150

5

Keşlə

8400

10

840

6

Zirə

7400

10

740

7

Səbail

6750

10

675

8

Qəbələ

4030

10

403

Cəmi

80630

80

1008

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR