Azərbaycan çempionunun 22 potensial rəqibi bəlli olub

Azərbaycan çempionunun 22 potensial rəqibi bəlli olub
# 17 iyun 2020 11:32 (UTC +04:00)

Çempionlar Liqasının 2020/21 mövsümünün 33 iştirakçısı bəllidir.

Apasport.az saytının məlumatına görə, 54 ölkə təmsilçilərinin mübarizə aparacağı yarışın müəyyənləşən iştirakçıları müxtəlif mərhələlərdən turnirə qoşulacaq.

Çempionlar Liqası və Avropa Liqasının qalibinin kimliyindən asılı olaraq 79-81 komandanın qatılacağı qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinin 6 iştirakçısı məlumdur. Digərlərindən biri pley-off, ikisi III, biri II, biri isə I təsnifat mərhələsindən yarışa qoşulacaq.

Azərbaycan çempionunun mübarizəyə başlayacağı I təsnifat mərhələsinin isə daha çox – 22 iştirakçısının adına aydınlıq gəlib. Bunlar təmsilçimizin potensial rəqibləridir.

Çempionlar Liqası 2020/21 mövsümünə vəsiqə qazanan klublar
İlkin mərhələ
Çempionlar yolu

“Tre Fiori” (San-Marino)

I təsnifat mərhələsi
Çempionlar yolu

“Omoniya” (Kipr)
“Srvena Zvezda” (Serbiya)
“Dinamo” Br (Belarus)
“Seltik” (Şotlandiya)
“Astana” (Qazaxıstan)
“Molde” (Norveç)
“Dyurqarden” (İsveç)
“Ferensvaroş” (Macarıstan)
“Dandalk” (İrlandiya)
“Şerif” (Moldova)
KuPS (Finlandiya)
“Reykyavik” (İslandiya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Suduva” (Litva)
“Riqa” (Latviya)
“Flora” (Estoniya)
“Fola” (Lüksemburq)
“Floriana” (Malta)
“Konnah” (Uels)
“Klaksvik” (Farer adaları)
“Dinamo” T (Gürcüstan)
“Europa” (Cəbəllütariq)

II təsnifat mərhələsi
Liqa yolu

“Alkmaar” (Niderland)

III təsnifat mərhələsi
Liqa yolu

“Renn” (Fransa)
“Gent” (Belçika)

Pley-off mərhələsi
Çempionlar yolu

“Ayaks” (Niderland)

Qrup mərhələsi
“Liverpul” (İngiltərə)
“Bavariya” (Almaniya)
“Borussiya” D (Almaniya)
PSJ (Fransa)
“Marsel” (Fransa)
“Brügge” (Belçika)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR