Azərbaycan hakimlərin təyinat aldığı oyunun hakim-inspektoru ermənistanlı olacaq

Azərbaycan hakimlərin təyinat aldığı oyunun hakim-inspektoru ermənistanlı olacaq
# 31 avqust 2020 17:02 (UTC +04:00)

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunlarına təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sentyabrın 3-də keçiriləcək 6-cı qrupun matçlarına Azərbaycan təmsilçiləri də təyinat alıb.

Almatıda baş tutacaq Qazaxıstan – Monteneqro görüşünün hakimləri Azərbaycandan olacaq. Rəhim Həsənov baş hakim funksiyasını yerinə yetirəcək. Onun briqadasında Elşad Abdullayev, Pərvin Talibov və Elçin Məsiyev yer alacaq.

Onların işinə erməni hakim-inspektor Gevorq Hovanesyan qiymət verəcək.

Azərbaycan hakim-inspektoru Asim Xudiyev də 6-cı qrupun matçına təyinat alıb. O, Skopyedə baş tutacaq Şimali Makedoniya – İspaniya görüşündə hakimlərin işinə baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR