Azərbaycan kubokunda rekord təkrarlanıb

Azərbaycan kubokunda rekord təkrarlanıb
# 30 aprel 2021 11:15 (UTC +04:00)

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Keşlə” və “Zirə” komandaları arasındakı oyunlarında 8 qol vurulub.

Apasport.az saytının məlumatına görə, bu, mərhələnin rekordunun təkrarıdır.

İndiyədək yalnız bir dəfə yarımfinal cütündə rəqiblər bu qədər qola imza atıb. 1994/95 mövsümündə “Kəpəz”lə “Kür-Nur” hər iki görüşdə heç-heçə edib – 3:3, 1:1. Mingəçevir təmsilçisi yalnız səfər qollarına görə finala yüksəlib.

26 ildən sonra təkrarlanan rekord zamanı da səfər qolu həlledici olub. Öz meydanında 1:2 hesabı ilə uduzan “Keşlə” səfərdə əlavə vaxtda qələbəyə sevinib – 3:2.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR