Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib
# 26 noyabr 2020 12:53 (UTC +04:00)

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə bir sıra dəyişikliklər baş verib.

Buna hesabat dövründə keçirilən rəsmi xarakterli turnirlərin görüşləri və yoldaşlıq oyunlarının nəticələri səbəb olub. Bu, Azərbaycan milli komandasından da yan ötməyib.

Millətlər Liqasında Monteneqro ilə ev, Lüksemburqla səfər qarşılaşmasına çıxan komandamız Sloveniyada bu ölkənin millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Hər üç matç qolsuz heç-heçə ilə nəticələnib.

Noyabrda üç matç keçirən və qələbəyə, hətta qola da həsrət qalan Canni de Byazinin yetirmələri 1180 xalla planetin 109-cusudur. Ötən ayla müqayisədə 5 xal qazanan yığmamız 5 pillə də irəliləyib. Millimiz Niger, Mərkəzi Afrika Respublikası, Liviya, Tailandı keçərək Estoniyaya şərik olub.

Qeyd edək ki, 210 yığmanın yer alacağı cədvəlin ilk “üçlüy”ündə dəyişiklik olmayıb. Belçika 1780, Fransa 1755, Braziliya 1743 xalla hamıdan öndə qərarlaşıb. 1487 xala malik Türkiyə bir pilləlik irəliləyişlə 32-cidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR