Azərbaycan millisi Kiprlə oyunun "23-lüy"ünü açıqlayıb

Azərbaycan millisi Kiprlə oyunun "23-lüy"ünü açıqlayıb
# 08 sentyabr 2020 11:47 (UTC +04:00)

Azərbaycan millisinin Kiprlə matçının sifariş vərəqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi Millətlər Liqasının II turunun səfər oyunu üçün heyətdə dəyişikliklər edib.

İtaliyalı mütəxəssis Lüksemburqla görüşdə (1:2) “23-lük”dən kənarda qalan iki futbolçunu siyahıya salıb. Bunlar Şəhriyar Əliyev və Elvin Bədəlovdur.

Qırmızı vərəqə üzündən cəzalı duruma düşən və Kiprə aparılmayan Mahir Emreli isə heyətdən kənar düşüb. Yenilərdən Şəhriyar 3, Elvin 14 nömrəli formanı götürüb. Bu da Lüksemburqla matçda 14 nömrəli formada çıxış edən və rəqibə penalti qazandıran Adil Nağıyevin “23-lük”dən kənarda qalmasına səbəb olub. Ömər Buludov isə yenə sifariş olunmayıb.

Qeyd edək ki, Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qapıçılar: 1. Emil Balayev, 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov

Müdafiəçilər: 3. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə, 21. Amin Seydiyev

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 3. Coşqun Diniyev, 6. Namiq Ələsgərov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 16. Elvin Camalov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov

Hücumçular: 9. Renat Dadaşov, 11. Ramil Şeydayev.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR