Azərbaycan millisinin DÇ-2023-də rəqibləri bəlli olub

Azərbaycan millisinin DÇ-2023-də rəqibləri bəlli olub
# 30 aprel 2021 15:59 (UTC +04:00)

Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də DÇ-2023 yolundakı rəqibləri bəlli olub.

Yığmamız E qrupunda yer alıb. Komandamız Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro ilə görüşəcək.

Qeyd edək ki, seçmə mərhələ 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyabrına qədər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR