Azərbaycan millisinin baş məşqçisinin adının açıqlanacağı vaxt bəlli olub

Azərbaycan millisinin baş məşqçisinin adının açıqlanacağı vaxt bəlli olub
# 02 mart 2020 10:49 (UTC +04:00)

“Siyahımızda olan 6 baş məşqçinin bəziləri ilə hələ əlaqə saxlamamışıq”.

Bunu apasport.az saytına AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi milli komandanın yeni baş məşqçisinin hələ müəyyənləşmədiyini, namizədlərlə danışıqların davam etdiyini söyləyib: “Namizədlərlə əlaqə saxlayırıq, şərtlərini öyrənirik, öz şərtlərimizi deyirik. Mətbuatda oxuduq ki, Covanni De Byazi artıq baş məşqçi təyin olunub. Amma belə bir şey yoxdur. Heç kimlə anlaşma əldə edilməyib, qərar verilməyib”.

Elxan Məmmədov yeni çalışdırıcının adının bu ay açıqlanacağını əlavə edib: “Düşünürəm ki, mart ayında baş məşqçinin kimliyinə aydınlıq gələcək. Bu barədə qərarı AFFA İcraiyyə Komitəsi verəcək. Novruz bayramından əvvəl komitənin iclası keçiriləcək və orada baş məşqçinin adı açıqlanacaq”.

Qeyd edək ki, Azərbaycan millisini çalışdırmağa 6 namizəddən 3-ü Covanni De Byazi, Çezare Prandelli və Abdullah Avcıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR