Azərbaycan millisinin futbolçusu Niderland çempionatında qol vurub

Azərbaycan millisinin futbolçusu Niderland çempionatında qol vurub
# 17 aprel 2021 11:49 (UTC +04:00)

Niderland II liqasında XXXIV turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Telstar” ev matçına çıxıb.

“Ekselsior”la görüş Ozan Canın fərqlənməsi ilə əlamətdar olub. O, 1:1 hesabı ilə nəticələnən qarşılaşmanın 38-ci dəqiqəsində hesabı açıb. 23 yaşlı yarımmüdafiəçi 70-ci dəqiqədə əvəzlənib. Bu, Ozan Canın Niderland təmsilçisində 2-ci qoludur. “Telstar” isə hazırda 40 xalla 11-ci pillədə qərarlaşır.

Qeyd edək ki, müqavilə ilə “Sabah”a məxsus olan Ozan Can Kökçü “Telstar”a mövsümün sonunadək icarəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR