Azərbaycan millisinin oyunu almaniyalı hakimlərə tapşırılıb

Azərbaycan millisinin oyunu almaniyalı hakimlərə tapşırılıb
# 14 noyabr 2020 13:48 (UTC +04:00)

Millətlər Liqasının son turu çərçivəsində keçiriləcək Lüksemburq – Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, noyabrın 17-də millimizin səfərdə keçirəcəyi matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Feliks Zvayer olacaq. Ona həmyerliləri Torsten Şiffner və Marko Axmüller kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Harm Osmers yerinə yetirəcək.

Hakimlərin işinə ingiltərəli hakim-inspektor Maykl Rili qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə Tammo Beyşuizen olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR