Azərbaycan millisinin oyunu rusiyalı hakimlərə tapşırılıb

Azərbaycan millisinin oyunu rusiyalı hakimlərə tapşırılıb
# 11 noyabr 2020 13:08 (UTC +04:00)

Millətlər Liqasının V turunun ilk təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın 14-də keçiriləcək Azərbaycan – Monteneqro matçını idarə edəcək hakimlər müəyyənləşib.

UEFA Xorvatiyanın Zapreşiç şəhərində baş tutacaq qarşılaşmaya Rusiyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Oyunun baş hakimi Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçev və Valeri Dençenko köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Qeyd edək ki, “İvan Lalyak-İviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR