Azərbaycan millisinin sabiq qapıçısı Rusiya klubu ilə anlaşıb

Azərbaycan millisinin sabiq qapıçısı Rusiya klubu ilə anlaşıb
# 08 fevral 2020 12:02 (UTC +04:00)

Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkovun yeni iş yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 54 yaşlı mütəxəssis fəaliyyətini Rusiyada davam etdirəcək.

O, Milli Futbol Liqasında çıxış edən "Avanqard" klubu ilə anlaşıb. Jidkov Kursk klubunda qapıçı məşqçisi kimi çalışacaq.

Qeyd edək ki, Aleksandr Jidkov buna qədər Yev Yaşin Akademiyasında, "Anji" və "Rostov"da işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR