Azərbaycan yığması 9099 gündən sonra ev oyununu ölkə xaricində keçirəcək

Azərbaycan yığması 9099 gündən sonra  ev oyununu ölkə xaricində keçirəcək
# 12 oktyabr 2020 12:16 (UTC +04:00)

Azərbaycan yığması Millətlər Liqasının ikinci ev oyununu ölkə xaricində keçirəcək.

Apasport.az saytının məlumatına görə, Kiprlə Albaniyada baş tutacaq sabahkı qarşılaşma millinin tarixində 6-cı belə matç olacaq.

Komandamız indiyədək 5 ev oyununu xaricdə keçirib. Bu, AVRO-1996-nın seçmə mərhələsinə təsadüf edib.

Həmin vaxtda da indiki kimi təxribatçı Ermənistanın silahlı hücumları üzündən yığmamız Bakıda oynaya bilməyib. Komandamız beynəlxalq arenadakı debüt etdiyi turnirin bütün görüşlərini qardaş Türkiyədə keçirib.

Millimiz Trabzondakı Hüseyin Avni Aker stadionunda oynadığı 5 qarşılaşmadan dördünə Ağasəlim Mircavadovun rəhbərliyi altında çıxıb. Bu matçların hamısında uduzan Azərbaycan yığması burada 1 qola imza atıb. Bu topun müəllifi Nazim Süleymanov olub.

25 il öncəyə təsadüf edən son belə görüş Polşaya qarşı olub. Kazbek Tuayevin rəhbərliyi altında meydana çıxan yığma tarixində ilk dəfə seçmə oyununda xal qazanıb – 0:0. Həmin matçdan 9099 gün sonra milli bu dəfə Elbasana ev sahibi kimi çıxacaq.

Millimizin ölkə xaricindəki ev oyunları
AVRO-1996-nın seçmə mərhələsi

16 noyabr 1994. Trabzon. Azərbaycan – İsrail – 0:2
13 dekabr 1994. Trabzon. Azərbaycan – Fransa – 0:2
26 aprel 1995. Trabzon. Azərbaycan – Rumıniya – 1:4
16 avqust 1995. Trabzon. Azərbaycan – Slovakiya – 0:1
15 noyabr 1995. Trabzon. Azərbaycan – Polşa – 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR