Azərbaycan yığmasının müdafiəçisi Belçika klubuna keçib

Azərbaycan yığmasının müdafiəçisi Belçika klubuna keçib
# 24 iyun 2020 12:02 (UTC +04:00)

Futzal üzrə Azərbaycan millisinin oyunçusu Eduardo Borges klubunu dəyişib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi yeni mövsümdən Belçika çempionatında çıxış edəcək.

Bunadək Fransanın “Acces Futsal” klubunda çıxış edən milliləşən legioner “Halle Gooik”ə keçib. 2015-2019-cu illərdə ardıcıl 5 mövsüm Belçika çempionu olan bu komanda yarımçıq başa çatdırılan son mövsümdə qalib ola bilməyib.

Qeyd edək ki, Eduardo 2010-18-ci illərdə Azərbaycanın ən titullu klubu “Araz”da oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR