Azərbaycanda bir-birini söyən məşqçilər cəzalandırılıb

Azərbaycanda bir-birini söyən məşqçilər cəzalandırılıb
# 18 fevral 2020 14:07 (UTC +04:00)

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə liqalarla bağlı qərarlar verilib.

Apasport.az saytının məlumatına görə, komitə növbəti dəfə bir neçə komandaya texniki məğlubiyyət verib.

U-15 Liqasında keçirilən “Sumqayıt” – “Kəpəz” oyununda ev sahiblərinin heyətində turu buraxmalı olan Ümid Rəcəbov matçda iştirak edib. Bu səbəbdən “Sumqayıt”a 0:3 hesablı məğlubiyyət verilib.
U-12 Liqasında “Keşlə” – “Quba İK” oyunu, U-11 Liqasında “Xızı Təhsil” – “Nabran”(Xaçmaz) görüşü və futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsində “Baker Tilly” – “Xızı Futsal” qarşılaşması baş tutmayıb. Həmin matçlarda təyin olunan vaxtda meydana çıxmayan “Quba İK” və “Xızı Təhsil”ə 0:3, “Xızı Futsal”a isə 0:5 hesablı yenilgi cəzası kəsilib.

Bundan başqa, U-11 Liqasında keçirilən UGİM (Astara) - “Zirvə” (Lənkəran) oyununda komandaların baş məşqçiləri Qəhrəman Mirzəyev və Xəyal Abbasov bir-birilərini təhqir etdiklərindən, 3 oyunluq diskvalifikasiyaya məruz qalıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR