Azərbaycanın üçqat dünya çempionunun növbəti rəqibi dəqiqləşib

Azərbaycanın üçqat dünya çempionunun növbəti rəqibi dəqiqləşib
# 05 noyabr 2020 13:57 (UTC +04:00)

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdəki növbəti rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu olan idmançımız 3-cü döyüşünü noyabrın 27-də keçirəcək.

Ağır çəkidə mübarizə aparan Məhəmmədrəsul Puerto-Riko təmsilçisi Sahret Delqado ilə görüşəcək.

8 raundluq qarşılaşma ABŞ-da təşkil olunacaq. Döyüş Hollivuddakı “Seminole Hard Rock Hotel and Casino”da baş tutacaq.

Qeyd edək ki, indiyədək iki peşəkar döyüş keçirən Məcidov Ed Funten və Tom Littlə qalib gəlib. Onun rəqibinin hesabında isə 8 qələbə var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR