“Barselona” “Arsenal”ın müdafiəçisini alır

“Barselona” “Arsenal”ın müdafiəçisini alır
# 15 noyabr 2020 14:43 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun transfer siyahısında yer alan müdafiəçilərdən birinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi İngiltərə “Arsenal”ında çıxış edən Şkodran Mustafini heyətinə qatmaq niyyətindədir.

Barselonanın eyniadlı təmsilçisi arxa xətt oyunçusunun keçidini artıq qış transfer dövründə reallaşdırmağı planlaşdırır. Mustafi “Mançester Siti”nin müdafiəçisi Erik Qarsiyaya alternativ variantdır. Sonuncunun transferinin həllində çətinliklə üzləşən ispaniyalılar Şkodran variantını daha real sayır.

Qeyd edək ki, Mustafi cari mövsüm “Arsenal”da cəmi 4 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR