“Barselona” ikinci dəfə məhkəməyə müraciət edəcək

“Barselona” ikinci dəfə məhkəməyə müraciət edəcək
# 05 may 2021 17:52 (UTC +04:00)

“Barselona” İspaniya La Liqasının XXXV turunda “Atletiko” önünə baş məşqçi Ronald Kumansız çıxmaq istəmir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu XXXIII turda “Qranada” ilə qarşılaşmada hakimə hörmətsizlik etdiyi üçün 2 oyunluq diskvalifikasiyaya məruz qalan niderlandlı mütəxəssisin cəzasının azaldılmasına çalışır.

Rəhbərliyin aprelin 30-dakı apelyasiya şikayəti təmin olunmasa də, qərara ikinci dəfə baxılması üçün müraciət ediləcək: “Apelyasiya Komissiyası klubun baş məşqçi Ronald Kuman üçün iki oyunluq cəza ilə bağlı müraciətini rədd etdikdən sonra “Barcelona” ikinci dəfə məhkəməyə müraciət edəcək. Klub şənbə günü “Nou Kamp”da “Atletiko” ilə keçiriləcək oyunda çalışdırıcının texniki zonadakı yerini tutması üçün onun cəzasının dayandırılmasını tələb edəcək”.

Qeyd edək ki, mayın 8-də keçiriləcək “Barselona” – “Atletiko” oyunu Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR