“Barselona” klubu yeni transferini təqdim edib

“Barselona” klubu yeni transferini təqdim edib
# 15 sentyabr 2020 18:05 (UTC +04:00)

İspaniyanın “Barselona” klubu yeni transferi Miralem Pyaniçi təqdim edib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisində geyinəcəyi forma nömrəsi də müəyyənləşib.

Yay fasiləsində əks cəbhəyə - “Yuvenus”a keçən Artur Ramosdan sonra boş qalan 8 nömrəli forma Bosniya və Herseqovina millisinin üzvünə verilib. Koronavirus infeksiyasından sağalan oyunçu tezliklə kollektivlə birlikdə məşqlərə qoşulacaq.

Qeyd edək ki, Miralem Pyaniç “Barselona” ilə 4 illik müqavilə imzalayıb. Onun sərbəst qalma məbləği 400 milyon avrodur.

Область прикрепленных файлов
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR