“Barselona” klubunun prezidenti rüşvətxorluqda ittiham olunub

“Barselona” klubunun prezidenti rüşvətxorluqda ittiham olunub
# 04 sentyabr 2020 10:01 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Bartomeu Kataloniya polisi tərəfindən korrupsiyada ittiham olunur.

Apasport.az saytının məlumatına görə, futbol funksioneri bununla əlaqədar məhkəməyə verilib.

Polis onun klub adına bağlanan müqavilələrdən şəxsi maddi qazanc götürdüyünü iddia edib. Bartomeunun bazar dəyərindən 6 qat çox olan sözləşməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunub. Kataloniya rəhbərliyi hazırda bu məsələni araşdırır.

“Barselona” prezidenti isə ona qarşı olan rüşvətxorluq ittihamlarını rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR