“Barselona” yeni hücumçu transfer edib

#
# 00:10
7 avqust 2020

İspaniyanın “Barselona” klubu yeni futbolçu transfer edib.

Apasport.az saytının məlumatına görə, bunu La Liqa təmsilçisi açıqlayıb.

İspaniyalılar Braziliyanın “San-Paulu” klubunun hücumçusu Qustavo Mayyanı heyətinə qatıb. Kataloniya təmsilçisi 19 yaşlı braziliyalı üçün 4,5 milyon avro ödəyib.

Futbolçu ilə 5 illik müqavilə imzalanıb. 2025-ci ilin yayına qədər “Barselona”da oynayacaq Qustavonun gedişi üçün tələb olunan vəsait isə 300 milyon avrodur.

Qeyd edək ki, “Barselona” öncədən 1 milyon avro ödəyərək Mayyanı almaq hüququna yiyələndiyindən əlavə 3,5 milyon avro xərcə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR