“Barselona”nın futbolçusu koronavirusa yoluxub

“Barselona”nın futbolçusu koronavirusa yoluxub
# 12 may 2020 15:44 (UTC +04:00)

“Barselona”nın futbolçusu Mateus Fernandes koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, hazırda “Palmeyras”ın formasını geyinən yarımmüdafiəçidə bu xəstəliyin əlamətləri aşkarlanıb.

22 yaşlı oyunçunun testinin nəticəsi müsbət olduğundan, Fernandes karantinə alınıb və həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, “Palmeyras”la müqavilə müddəti gələn ayın sonuna qədər olan Mateus Fernandes yeni mövsümdən “Barselona”ya qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR