“Barselona”nın prezidenti karantinə alınıb

“Barselona”nın prezidenti karantinə alınıb
# 20 oktyabr 2020 17:00 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Bartomeu karantinə alınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb klub rəhbərinin koronavirus infeksiyasına yoluxan qohumu ilə təmasda olmasıdır.

Evində karantinə alınan 57 yaşlı funksionerin ilk testinin nəticəsi neqativ çıxıb. İkinci testin nəticəsi də bu cür olsa, Bartomeu karantindən çıxacaq. O, Çempionlar Liqasının qrup mərhələsində bu gün Macarıstanın “Ferensvaroş" klubu ilə keçiriləcək oyunda stadiondakı yerini ala bilməyəcək.

Qeyd edək ki, “Nou Kamp”da keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR