"Bavariya" Bundesliqada tarixi rekord vurub

"Bavariya" Bundesliqada tarixi rekord vurub
# 29 fevral 2020 22:35 (UTC +04:00)

Almaniya Bundesliqasının XXIV turunda "Hoffenhaym" üzərində 6:0 hesablı qələbə qazanan "Bavariya" yeni rekord müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi ardıcıl 5-ci səfər matçından ən azı 3 qolla dönməyi bacarıb.

Bu isə Bundesliqa tarixində yeni rekorddur. Komanda əvvəlki səfər görüşlərində "Köln" (4:1), "Maynz" (3:1), "Herta" (4:0) və "Frayburq"a (3:1) qalib gəlib. Hans-Diter Flikin yetirmələri sonuncu dəfə ötən il dekabr ayının 7-də Mönhenqladbax "Borussiya"sı ilə qarşılaşmada məhsuldarlıq baxımından çətinlik çəkib (1:2).

Qeyd edək ki, hazırda aktivində 52 xal olan "Bavariya" turnir cədvəlinə başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR