“Bavariya”nın müdafiəçisi “Mançester Siti”yə keçməkdən imtina edib

“Bavariya”nın müdafiəçisi “Mançester Siti”yə keçməkdən imtina edib
# 24 mart 2020 10:53 (UTC +04:00)

Almaniyanın “Bavariya” klubunun futbolçusu David Alaba yay “transfer pəncərəsi”ndə Münhen təmsilçisini tərk etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, avstriyalı müdafiəçi artıq İngiltərə təmsilçisi “Mançester Siti”yə keçməkdən imtina edib.

27 yaşlı futbolçu karyerasını Böyük Britaniya deyil, İspaniyada davam etdirmək niyyətindədir. Alaba maraq dairəsində olduğu “Real” və “Barselona” arasında seçim etməyə üstünlük verir. Məşhur agent Pini Zahavi ilə əməkdaşlığa başlayan avstriyalının “Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Alaba cari mövsümdə 28 oyunda 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR