"Beşiktaş"ın baş məşqçisi Sərgən Yalçın koronavirusa yoluxub

"Beşiktaş"ın baş məşqçisi Sərgən Yalçın koronavirusa yoluxub
# 12 sentyabr 2020 11:49 (UTC +04:00)

Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçın koronavirus pandemiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu 48 yaşlı çalışdırıcı özü açıqlayıb.

Mütəxəssis bildirib ki, Türkiyə Super Liqasının 1-ci turunda sentyabrın 13-də "Trabzonspor"la səfərdə keçiriləcək oyundan əvvəl ondan götürülən testin nəticəsi pozitiv çıxıb. Dərhal karantinə alınan Yalçının müayinəsinə start verilib.

"Trabzonspor"la matçda komandaya köməkçi-məşqçi Murat Şahin rəhbərlik edəcək.

Qeyd edək ki, Sərgən Yalçın "Beşiktaş"ın baş məşqçi postuna bu il keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR