Bəhlul Mustafazadə: “Rəqiblərin gücü Millətlər Liqasındakı məqsədimizi dəyişə bilməz”

Bəhlul Mustafazadə: “Rəqiblərin gücü Millətlər Liqasındakı məqsədimizi dəyişə bilməz”
# 04 mart 2020 12:22 (UTC +04:00)

"Rəqibin kimliyinin mənim üçün elə də əhəmiyyəti yoxdur".

Bunu apasport.az saytına Azərbaycan millimizin futbolçusu Bəhlul Mustafazadə deyib.

“Sabah”ın şərəfini qoruyan 23 yaşlı müdafiəçi Millətlər Liqasının püşkünə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan yığmasının hədəfi qrupdan çıxmaq olacaq: “Hansı komandalarla düşməyimizdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxacağıq. Püşk yığmamıza Monteneqro, Lüksemburq və Kipri rəqib etdi. Bu millilərin oyunu ilə o qədər də tanış deyiləm, analiz etmək üçün hələ vaxtımız var. Amma komandaların gücü məqsədimizi dəyişə bilməz. Əlimizdən gələni edəcəyik ki, qrupdan çıxaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR