“Breşiya” koronavirusa görə ölkə kubokundan imtina edib

“Breşiya” koronavirusa görə ölkə kubokundan imtina edib
# 26 noyabr 2020 12:16 (UTC +04:00)

İtaliyanın “Breşiya” klubu ölkə kubokunda iştirakdan boyun qaçırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb kimi koronavirus pandemiyası göstərilib.

B seriyası təmsilçisində kütləvi yoluxma halı aşkarlandığından, rəhbərlik İtaliya kubokunun 1/16 final mərhələsində “Empoli” ilə səfər matçına yollanmaqdan imtina edib. “Breşiya” qarşılaşmaya çıxmadığından, yerli futbol federasiyası tərəfindən 0:3 hesablı texniki məğlubiyyət alıb.

“Empoli” 1/8 final mərhələsində “Napoli”yə rəqib olub. Bu mərhələnin görüşləri yanvarın 13-20-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR