Bundesliqada bombardirlik rekordu qeydə alınıb

Bundesliqada bombardirlik rekordu qeydə alınıb
# 24 aprel 2021 19:12 (UTC +04:00)

Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının futbolçusu Elinq Haland 21 yaşına qədər ən çox qol vuran bombardir adına yiyələnib.

O, Bundesliqadakı 37-ci və 38-ci qollarını hazırda davam edən “Volfsburq”la qarşılaşmada (2:0) vurub. Görüşdə hesabı açan norveçli hücumçu komanda yoldaşı Ceydon Sançonun rekordunu qırıb. 

Sonuncu 21 yaşını tamamlayanadək 36 dəfə fərqlənib. Hazırda “Çelsi”də çıxış edən Kay Haverts gənc yaşlarında 35 dəfə qol sevinci yaşayıb. Klaus Fişer isə vaxtilə 34 qolla rekordçu adını daşıyıb.

Qeyd edək ki, Haland cari mövsümdə 24 dəfə fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR