David Alaba “Real”la ilkin müqavilə imzalayıb

#
# 16:45
21 aprel 2021

“Bavariya”nın müdafiəçisi David Alabanın yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı sol cinah müdafiəçisi “Real”la ilkin müqavilə imzalayıb.

Bir neçə klubun da maraq dairəsində olan Avstriya millisinin üzvü “kral klubu” ilə 5 illik sazişi razılaşdırıb. Mövsümün sonunda Madridə köçməsi gözlənilən Alaba 2026-cı ilin yayına qədər “Real”a məxsus olacaq. Futbolçunun illik məvacibi ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, “Bavariya” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Alaba “Real”a azad agent kimi keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR