David Luis vətəninə qayıdır

David Luis vətəninə qayıdır
# 29 aprel 2021 17:55 (UTC +04:00)

Braziliyalı futbolçu David Luis mövsümün sonunda İngiltərənin “Arsenal” klubundan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi müqaviləsi yayda başa çatacaq cənubi amerikalı ilə anlaşmanı uzatmayacaq.

Baş məşqçi Mikel Arteta əsasən gənclərə yer vermək niyyətindədir. Luis Premyer Liqada qalmaq istəsə də, vətənə qayıtmağa üstünlük verir. O, başa çatdırmaq üzrə olduğu karyerasının son illərini Braziliya klublarından birində keçirmək arzusundadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR