Deyan Lovrenin “Zenit”ə keçidi rəsmiləşib

Deyan Lovrenin “Zenit”ə keçidi rəsmiləşib
# 27 iyul 2020 16:17 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubunun futbolçusu Deyan Lovrenin Rusiya “Zenit”inə keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə təmsilçisi açıqlayıb.

2014-cü ilin yayında “Sauthempton”dan “Liverpul”a keçən xorvatiyalı müdafiəçi üçün mersisaydlılar 25,3 milyon avro ödəyib. 31 yaşlı futbolçu Rusiya klubuna 12 milyon avroya başa gəlib.

Qeyd edək ki, Lovren başa çatan mövsüm Premyer Liqada 10 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR