Dieqo Maradona xəstəxanadan evə buraxılıb

Dieqo Maradona xəstəxanadan evə buraxılıb
# 12 noyabr 2020 11:22 (UTC +04:00)

Əfsanəvi argentinalı Dieqo Maradona xəstəxananı tərk edib.

Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl əməliyyat olunan “Ximnasiya” klubunun baş məşqçisi evə buraxılıb.

Təcrübəli mütəxəssis təcili tibbi yardım maşını ilə Buenos Ayres ətrafında onun üçün ayrılmış evə aparılıb. Tibb bacıları onun durumunu müntəzəm diqqətdə saxlayacaqlar.

Qeyd edək ki, noyabrın 2-də xroniki subdural hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilən Maradona beyin əməliyyatı keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR