Dünya çempionatı ilin sonundadək təxirə salınıb

Dünya çempionatı ilin sonundadək təxirə salınıb
# 01 may 2020 17:04 (UTC +04:00)

Badminton üzrə dünya çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar Ümumdünya Badminton Federasiyası və İspaniya Badminton Federasiyası arasında razılaşma əsasında verilib.

2021-ci ilin avqustuna planlaşdırılan yarış koronavirus pandemiyası üzündən ilin sonuna keçirilib. Yarış noyabrın 29-dan dekabrın 5-dək təşkil olunacaq.

Qeyd edək ki, turnir İspaniyanın Uelva şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR