Dünyanın ən gənc məşqçilərə güvənildiyi liqaları arasında Azərbaycan ikinci olub

Dünyanın ən gənc məşqçilərə güvənildiyi liqaları arasında Azərbaycan ikinci olub
# 22 iyun 2020 11:21 (UTC +04:00)

Dünyanın ən gənc məşqçilərə güvənildiyi liqaları məlum olub.

Apasport.az saytının məlumatına görə, CİES Futbol Observatoriyası 79 ölkənin 110 liqası ilə bağlı araşdırmalarının nəticəsini açıqlayıb.

Azərbaycan Premyer Liqasında baş məşqçilərin orta yaş həddi 42,20-yə bərabərdir. Çempionatımız çalışdırıcıların yaşının azlığına görə siyahıda ikincidir. Yalnız Estoniyada baş məşqçilər dana gəncdirlər. Baltikyanı ölkədə orta yaş həddi 40,97-dir. İlk “üçlüy”ü Farer adaları qapayır – 42,33.

Ən təcrübəli mütəxəssislər isə Türkiyənin 1-ci Liqasındadır – 54,92 yaş. Çin Super Liqasında bu rəqəm 54,67-yə, Fransa Liqa2-də 53,61-ə bərabərdir.

“Böyük beşlik” liqalarından İngiltərə 51,17, Fransa 51,12, İtaliya 50,67, Almaniya 49,82, İspaniya 49,65 yaşa malik mütəxəssislər çalışır. Türkiyə Super Liqasında orta yaş həddi 50,22-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR