Edinson Kavani karyerasını Portuqaliyada davam etdirəcək

Edinson Kavani karyerasını Portuqaliyada davam etdirəcək
# 27 iyul 2020 22:31 (UTC +04:00)

Uruqvaylı hücumçu Edinson Kavani gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı Portuqaliyada oynamağa üstünlük verib.

“Benfika”dan aldığı təklif forvardı daha çox razı salıb. Bu həftə keçid rəsmən açıqlanacaq.

Kavanini heyətinə qatmaq istəyi reallaşmayan İngiltərə “Lids”i isə digər variantları nəzərdən keçirməli olacaq.

Qeyd edək ki, Edinson mövsümün sonunda Fransa PSJ-sindən azad agent statusu ilə ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR