Elxan Məmmədov: “Bu qrupda yaxşı nəticə qazanmaq mümkündür”

Elxan Məmmədov: “Bu qrupda yaxşı nəticə qazanmaq mümkündür”
# 03 mart 2020 22:45 (UTC +04:00)

"Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq".

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

Qurum rəsmisi Amsterdamda keçirilən UEFA Millətlər Liqasında 2020-21 mövsümünün püşkünün nəticəsini dəyərləndirib.

Məmmədov AFFA-nın rəsmi saytına C liqasının 1-ci qrupunda qərarlaşan yığmamızın Lüksemburq, Kipr və Monteneqroya rəqib olmasına münasibət bildirib: "Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR