Ermənistan yığması koronavirus səbəbindən Avropa çempionatının oyununa gedə bilməyib

Ermənistan yığması koronavirus səbəbindən Avropa çempionatının oyununa gedə bilməyib
# 11 noyabr 2020 15:56 (UTC +04:00)

Ermənistan yığmasının 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki oyunları baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Ermənistan Futbol Federasiyası açıqlayıb.

İsveç və İslandiya ilə noyabrda keçirilməsi nəzərdə tutulan hər iki qarşılaşma koronavirus səbəbindən Kiprin Larnaka şəhərində təşkil olunmalı idi.

Yığma üzvlərinin əksərinin infeksiyaya yoluxması, hərbi vəziyyətlə əlaqədar yenidən komandaya cəlb ediləcək futbolçuların səfərə yollanması ilə bağlı çətinliklər üzündən isə ermənilər Kiprə getməyəcək. Federasiya UEFA və rəqib ölkəni bu barədə məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR