"Espanyol" mövsümdə 3-cü dəfə baş məşqçisi ilə vidalaşıb

"Espanyol" mövsümdə 3-cü dəfə baş məşqçisi ilə vidalaşıb
# 27 iyun 2020 15:07 (UTC +04:00)

"Espanyol" baş məşqçisi Abelardo Fernandeslə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu uğursuz çıxışa görə, çalışdırıcının müqaviləsinə xitam verib.

Bununla Fernandes cari mövsüm "Espanyol"dan qovulan 3-cü baş məşqçi olub. Komanda mövsümə David Qaleqonun rəhbərliyi altında başlayıb, oktyabrda onu Pablo Maçin əvəz edib. Ötən ilin sonunda isə Maçin yola salınıb.

"Espanyol" Abelardo Fernandeslə yanaşı, məşqçilər korpusundakı digər mütəxəssislərlə də vidalaşıb. Baş məşqçi postu müvəqqəti olaraq idman direktoru Rufeteyə tapşırılıb. La Liqanın XXXII turunda kataloniyalıları sabah "Real"la matçda meydana məhz Rufete çıxaracaq.

Qeyd edək ki, "Espanyol" hazırda 24 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR